Cəmiyyət
6-03-2022, 11:45
11 446
Maliyyə Nazirliyi vəkillərə 49 min manat ödəyəcək - Məhkəmə çəkişməsi?
Maliyyə Nazirliyi "Demo Konsaltinq” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 48 600 AZN olan müqavilədə 2022-ci il üçün vəkil xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin şərtlərindən məlum olur ki, Maliyyə Nazirliyinə vəkil Ali Məhkəməyə, habelə Ali Məhkəmənin Plenumuna ünvanlanan kassasiya və əlavə kassasiya şikayətlərinin, Ali Məhkəmənin Plenumuna ünvanlanan qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələri tərib etmək və məhkəmə işi üzrə digər tərəfin verdiyi kassasiya şikayətləri, əlavə kassasiya şikayətləri və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr üzrə məhkəmə proseslərində, həmçinin Konstitusiya Məhkəməsinə qatılmaq üçün lazımdır.
Ehtimal etmək olar ki, nazirlik məhkəmə çəkişmələri ilə üz-üzədir. Bu baxımdan vəkil axtarışı üçün satınalma müsabiqəsi elan edib.
Nazirliyin müqavilə bağladığı "Demo Konsaltinq” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 20 may 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 8 Mart küçəsi, ev 5-də yerləşir. Şirkətin qanuni təmsilçisi Salayev İslam Həsənağa oğludur.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.