Bir gündə 27 nəfər peyvənd olunub
14-03-2022, 15:41
7 379

Bir gündə 27 nəfər peyvənd olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 263 773 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 314 247, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 803 747, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 926 687, pozitiv nəticədən sonra buster doza olunanların sayı 219 092 təşkil edir.
  • Bir gündə 27 nəfər peyvənd olunub

Oxşar xəbərlər