Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
14-03-2022, 18:43
7 117

Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU

Bildiyimiz kimi, Novruz bayramına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də ölkəmizdə, adət-ənənəyə uyğun olaraq, Novruz bayramı qeyd ediləcək. Ən əsası isə, 30 illik həsrətdən sonra biz nəhayət Qarabağlı-Şuşalı bir bayram qeyd edirik.
Bəs görəsən, millət vəkilləri bu bayramı harada, kiminlə və necə qeyd edəcəklər?
Bununla bağlı Sonxeber.az deputatlar arasında sorğu keçirib:
Elman Nəsirov:
"Fürsətdən istifadə edib, xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə Sonxeber.az saytının rəhbərliyi və kollektivini səmimi qəlbdən təbrik edirəm. Adətən mən Cəlilabad rayonuna gedirəm. Bayramı orada valideynlərimlə, ailəmlə birlikdə qeyd edirəm, qəbir üstünə gedirik, qohumlarla görüşürük. Eyni zamanda, fürsətdən istifadə edib, seçicilərimlə görüşürəm. Həm istirahət edirəm, həm də işgüzar görüşlərimi keçirdirəm".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Vüqar İskəndərov :
"Hər zaman olduğu kimi, Novruz bayramı və tətilini seçildiyim, təmsil etdiyim Şəki şəhərində, evimdə ailəmlə birlikdə qeyd edəcəyəm. Fürsətdən istifadə edib, həm də işləyəcəyəm".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Ceyhun Məmmədov:
"Hər il olduğu kimi, bu il də valideynlərimlə, ailəmlə bir yerdə qeyd edəcəyəm. Hər zamankı kimi, valideynlərim və bacılarım bizə toplaşacaqlar. Artıq bu bir ənənə halı alıb. Ailəmlə bərabər 1-2 günlük rayonların birinə də gedib-qayıda bilərəm. Hələ ki, dəqiq deyil. bayram günləri uzun olduğundan, yarım qalan işlərimi tamamlamağa çalışıram. Bayram günlərində imkansız və Şəhid ailələrini ziyarət etmək planımda var".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Cavid Osmanov:
"Hər il olduğu kimi, bu il də bayramı və tətil günlərinin bir hissəsini doğulub boya-başa çatdığım və deputat seçildiyim Ağdaş rayonunda, bir hissəsini isə Bakıda keçirəcəyəm. Dəqiq qərar vermədiyim məsələlər də var".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Razi Nurullayev:
"Novruz bayramını Bakıda, öz evimdə ailə üzvlərimlə birgə qeyd edəcəyəm. Ümumiyyətlə, bizdə ənənədir ki, çərşənbə axşamlarını və Novruz bayramını öz evimizdə keçirdək. Neçə illərdir ki, bu belə davam edir".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Bəhruz Məhərrəmov:
"Çox guman ki, Novruz bayramının ilk günlərində bir neçə şəhid ailəsinə baş çəkəcəyəm, seçicilərimin arasında olacağam. Qalan müddəti isə, təbii ki, öz ailəmlə, yaxınlarımla öz evimdə qeyd edəcəyəm. Bölgələrə getmək fikrim və fiziki imkanım yoxdur".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU
Aqil Abbas:
"Mən Novruz bayramını hər zaman evimdə ailəmlə birlikdə qeyd edirəm. Çünki bu bayram ailə bayramıdır. "Ocağın yanmalıdır", tonqalın yanmalıdır. Allah hər kəsin "ocağını yandırsın". Allah millətimizin "ocağını" sönməyə qoymasın. Şuşada qalanan "tonqal" heç vaxt sönməsin".
Deputatlar Novruz bayramını harada və kiminlə qeyd edəcəklər? - SORĞU

Oxşar xəbərlər