Cəmiyyət
16-03-2022, 11:32
1 819
"Araz" marketdən mal alarkən DİQQƏTLİ OLUN! - FOTOFAKT
Artıq "Araz" marketlər şəbəkəsindən müştəri şikayətləri ənənəvi xarakter alıb, desək, yanılmarıq. Elə gün olmur ki, bu şəbəkə ilə bağlı hansısa narazılıq faktı ictimailəşməsin. DİA.AZ olaraq belə şikayətlərdən növbətisini təqdim edirik.

Roman Yasinov adlı narazı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında bildirir: ""Araz Supermarket"dən mal alarkən diqqətli olun. Kassirə deyirəm ki, vitrində 4.49 manat yazılıb, kassadan niyə 4.95 çıxırsınız... deyir, "olan şeydir..."
Deyirəm, mən baxdım... baxmayan yaziq müştəri artıq ödəniş edib gedəcək axı... Olmaz axı insanların haqqına girmək..."