Sabah Bakıda hava yağmursuz olacaq
16-03-2022, 12:54
1 860

Sabah Bakıda hava yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 17°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Oxşar xəbərlər