Son sutkada ölkədə neçə nəfərə koronavirus əleyhinə vaksin vurulub?
17-03-2022, 18:54
6 855

Son sutkada ölkədə neçə nəfərə koronavirus əleyhinə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 818, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1815, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 13 119, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 800 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 317 085, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 809 138, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 972 338, pozitiv nəticədən sonra buster doza olunanların sayı 221 929 təşkil edir.

Oxşar xəbərlər