Cəmiyyət
29-03-2022, 18:35
7 067
"Görüş nəticəsiz qalsa..." - ŞƏRH EDİLDİ
"Bu gün Rusiya-Ukrayna müharibəsinin 34-cü günüdür. Hadisələrin təhlili Rusiya və Ukrayna nümayəndə heyətlərinin bir neçə dəfə görüşməsinə baxmayaraq heç bir nəticə vermədiyini deməyə əsas verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu gün İstanbulda növbəti dəfə onlar arasında görüş keçirilir: "Lakin düşünürəm ki, bu müharibənin bitməsinə gətirib çıxaracaq görüş Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ola bilər. Rusiyanın mətbuat katibi əgər bütün razılıqlara ciddi şəkildə yanaşılacaqsa Putinin belə bir görüşə hazır olduğunu bildirib. Lakin yüksək səviyyəli görüş nəticəsiz qalsa, cəbhə bölgəsində vəziyyət daha da dramatikləşə bilər".
Deputat sözlərinə belə davam edib: "Zelenski də Rusiya Prezidenti ilə görüşə hazır olduğunu bildirib. O, müəyyən kompromislərə hazır olduğunu da gizlətmir. Amma bu görüş hələki baş tutmur. Müharibənin nə vaxt bitəcəyi ilə bağlı məlumat vermək olmur. Bu müharibənin uzanması ciddi təhlükələr yaradır. Eyni zamanda, onun uzanması heç kimin arzulamadığı nüvə müharibəsini real edə bilər".