"Minaaxtaranların maaşı 2 dəfə artırılıb"
1-04-2022, 18:32
7 203

"Minaaxtaranların maaşı 2 dəfə artırılıb"

“Minatəmizləmə fəaliyyətləri və dayanıqlı inkişaf məqsədləri” konfransı başa çatdı. Düşünürəm ki, kifayət qədər məhsuldar keçdi, fikir mübadilələri aparıldı və gözəl təkliflər verildi”.
Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, konfransın yekun sənədində bütün bunlar əksini tapacaq.
Sənəd hazırda işlənilir.
Vüqar Süleymanov minaaxtaranların əməkhaqqının artırılması məsələsinə də münasibət bildirib.
“Minatəmizləmə fəaliyyəti ölkə rəhbərliyinin hər zaman diqqətindədir. Bunun nəticəsi olaraq, ötən bir il ərzində minaaxtaranların maaşı 2 dəfə artırılıb. Düşünürəm ki, indiki məqamda bu məsələ artıq aktuallığını itirib” - o qeyd edib.

Oxşar xəbərlər