Elza Seyidcahan əsəbiləşdi: “Nəyə gülürsünüz?” - VİDEO
2-04-2022, 19:05
17 908

Elza Seyidcahan əsəbiləşdi: “Nəyə gülürsünüz?” - VİDEO

"Gülməyi də ağlamağın gününə qoyublar. Boş-boş gülürlər. Baxıram ki, ağıllı adam nə tez güldü. Arif Quliyev gülüşləri bölürdü. Biz bir-birimizlə danışa bilmərik, amma işarə ilə gülüb nəsə deyərik”.
 Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Səhər mərkəzi” proqramında deyib. Müğənni 1 Aprel Gülüş Günündə studiyadakıları aldatmağa çalışıb. İfaçı əvvəlcə şeir dediyi üçün kamera arxasında gülənlərə üzünü tutaraq: "Niyə gülürsünüz? O, niyə gülür?” - sualını ünvanlayıb. 
Aparıcı Tural Əsədovun "Bu gün 1 apreldir” sözlərinə Seyidcahan: "Doğrudan? Hesabla, bu gün 1 aprel deyil”, - cavabını verib. Aparıcı: "Siz hicri tarixi ilə hesablayırsınız”, - deyə bildirib. 
Elza isə: "Gördünüz, sizi aldatdım”, - sözləri ilə reaksiya verib.

Oxşar xəbərlər