Xankəndi yenə qazsız qaldı - “Qazprom Ermənistan”dan AÇIQLAMA
2-04-2022, 14:30
16 334

Xankəndi yenə qazsız qaldı - “Qazprom Ermənistan”dan AÇIQLAMA

“Qazprom Ermənistan” QSC Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası olan Azərbaycanın Qarabağ bölgəsinə qazın verilməsinin yenidən dayandırılması ilə bağlı məlumat yayıb.
“Sputnik Ermənistan” xəbər verir ki, səbəb yol tikintisi ilə bağlı aparılan işlər olub.
Bildirilib ki, aprelin 2-də Gorus-Qafan avtomobil yolunda aparılan işlər zamanı inşaatçılar 13,5-ci kilometrdə boruya ziyan vurub. Nəticədə Gorus, Qafan, eləcə də Qarabağ (qaz kəmərinin qollarından biri Qarabağa getdiyi üçün) sakinləri qazsız qalıb.
Şirkət qaz təchizatının bərpası və yenilənməsi vaxtı barədə əlavə məlumat verəcək.
Xatırladaq ki, mart ayının əvvələrində də Qarabağda qaz təchizatı iki dəfə dayandırılıb. Sakinlər bir neçə həftə mavi yanacaqsız qalıb.

Oxşar xəbərlər