Qəbələdə qətl törədən gəncə hökm oxunub
4-04-2022, 18:47
6 517

Qəbələdə qətl törədən gəncə hökm oxunub

Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Kənan Mustafayevə hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci il oktyabrın 9-da Qəbələ rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Uludaş kənd sakini, 2003-cü il təvəllüdlü Kənan Mustafayev Tikanlı kənd sakini,1987-ci il təvəllüdlü Sənur Ağahüseynovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə nəticəsində qətlə yetirib.
Daha sonra K.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər