Yanan mebel sexinin sahibləri AzTV-yə danışdılar - “30 min manat ziyan dəyib” + Video
6-04-2022, 12:59
1 568

Yanan mebel sexinin sahibləri AzTV-yə danışdılar - “30 min manat ziyan dəyib” + Video

Nizami rayonunun Keşlə qəsəbəsində yanğın baş verən sexdə 30 min manatlıq hazır mebel kül olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə AzTV-yə sexin sahibləri məlumat veriblər.
Onların sözlərinə görə, sexdəki mexanizmlər və mebel yığılmasında istifadə olunan digər məhsullar yanıblar.
AzTV-nin hadisə yerindən hazırladığı reportajda qeyd olunub ki, yanğının şiddətindən hətta dəmir sütunlar əyilib və tavan çöküb.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədovun sözlərinə görə, yanğının söndürülməsinə 20 texnika və 90 nəfər şəxsi heyət cəlb edilib:
“Yanğın nəticəsində xəsarət alan olmayıb. Baş vermə səbəblərini isə söküntü işlərindən sonra xidmətin laboratoriya əməkdaşları müəyyən edəcəklər”.
Xəbəri rus dilində oxuyun: Владельцы cгоревшего в Баку цеха рассказали AzTV - "Пожар нанес урон в размере 30 тысяч манатов" + Видео






Oxşar xəbərlər