Cəmiyyət
7-04-2022, 15:33
7 269
Bakıda maşını götürmədən yolu asfaltlayıblar - FOTO
Bakıda təmir zamanı yolun kənarına park edilən avtomobilin olduğu yerə asfalt vurulmayıb.
Bu barədə sosial şəbəkələrdə foto yayılıb.
Fotonun Səbail rayonu ərazisində, Bayıl qəsəbəsindən 20-ci sahəyə gedən yolda çəkildiyi bildirilib.
Fotodan aydın olur ki, avtomobil Rusiya dövlət nömrə nişanına sahibdir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a bildirildi ki, məsələdən xəbərdardırlar. Yola asfalt döşənərkən həmin avtomobilin sahibi tapılmadığı üçün belə bir addım atılıb:
“Çünki biz agentlik olaraq sahibi olmadan hər hansı maşına toxuna, ərazidən uzaqlaşdıra kənara çəkə bilmərik. Asfalt da elədir ki, o gətiriləndə temperatur soyumamış döşənməlidir. Ona görə də belə hal yaranıb, gözlənilmədən döşənmə işləri həyata keçirilib”.