Müdafiə naziri: “Ukrayna ilk turda qalib gəldi, lakin müharibə yeni mərhələyə qədəm qoyur”
8-04-2022, 18:25
6 669

Müdafiə naziri: “Ukrayna ilk turda qalib gəldi, lakin müharibə yeni mərhələyə qədəm qoyur”

Ukrayna müharibənin ilk turunda qalib gəldi, lakin müharibə yeni mərhələyə qədəm qoyur.

Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
O bildirib ki, Rusiya Ordusu Ukraynanın müdafiəsini yarmağa müvəffəq ola bilməyib: "Ukrayna müharibənin ilk turunda qalib gəldi, lakin bu müharibə resurslar istiqamətində rəqabət mərhələsinə qədəm qoyur. Rusiyada bu resurslar Ukrayna ilə müqayisədə demək olar ki, sonsuzdur. Bu müharibədə qalib gəlmək üçün daha əvvəl aldığımızdan fərqli yardım lazımdır”.

Reznikovun sözlərinə görə, indi Ukrayna ordusuna başqa silahlar lazımdır: "Hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri, uzun mənzilli artilleriya raket kompleksləri, MLRS və ağır artilleriya tankları, gəmi əleyhinə raketlər, kəşfiyyat və zərbə vuran pilotsuz uçuş aparatları. Ukrayna NATO ölkələrinin istifadə etdiyi silahları tez bir zamanda əldə etməlidir. Bu halda Rusiya üçün müharibənin bədəli kəskin şəkildə ağırlaşacaq. Bu, NATO-nun şərq cinahını gücləndirəcək”.

Oleksiy Reznikov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri yeni silahlardan istifadəni sürətlə öyrənir.

Oxşar xəbərlər