“Həcc”lə bağlı yeni qərar açıqlandı
9-04-2022, 23:06
16 715

“Həcc”lə bağlı yeni qərar açıqlandı

Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə qəbul edəcəyi insan sayını 1 milyona yüksəldib.
“TRT Haber” məlumat verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaşı 65-dən aşağı olan və tam peyvənd olunmuş şəxslər Həcc ziyarətinə gedə biləcəklər.
“Səudiyyə Ərəbistanına səyahət edən hər bir sərnişin son 72 saat ərzində alınan neqativ PCR testinin nəticəsini təqdim etməlidir”, - deyə açıqlamada bildirilib.
Nazirlik həmçinin zəvvarlara səfər zamanı COVID-19 epidemiyası ilə bağlı tədbirlərə riayət etmələri barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər