Çaylarımızda suyun səviyyəsi necədir?
7-10-2019, 11:00
1 314

Çaylarımızda suyun səviyyəsi necədir?

Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlnıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 80 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 40-110 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 40-80 faizini təşkil edir.
Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, oktyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 136 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 84 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 145 m3/s olmaqla, ongünlük normaya yaxın olub.
Oktyabrın 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 55 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 58 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 75 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Oktyabrın 4-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 76 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 64,5 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayaraq 312 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 4-də isə 331 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 145 sm qeydə alınıb. 2018-ci il oktyabrın 4-də isə bu rəqəm 201 sm təşkil edib. Salyanda suyun səviyyəsi 7 sm azalmış və 90 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 158 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm azalaraq 15 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 4-də isə 40 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 sm azalaraq 147 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 4-də 179 sm qeydə alınıb.

Oxşar xəbərlər