Müharibənin vaxtını təxmin etmişdi, nə qədər davam edəcəyini dedi - VİDEO
11-04-2022, 15:09
7 355

Müharibənin vaxtını təxmin etmişdi, nə qədər davam edəcəyini dedi - VİDEO

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya ilə müharibənin 2035-ci ilə qədər davam edə biləcəyini gözləyir.
O, bu barədə “Feyqin Live” internet verilişindəki çıxışı zamanı bildiriba.
“2035-ci ilə qədər bir neçə hərbi toqquşma bizə zəmanət verir. Bu, hər iki, bəlkə də beş ildən bir toqquşma deməkdir. Və hər yeddi-səkkiz ildən bir böyük toqquşmalar”, - Arestoviç deyib.
Buna hazır olmayanlar üçün Aretoviç onlara Ukraynanı tərk etməyi, məsələn, “İspaniyanı isitməyə” getməyi tövsiyə edib.
Qeyd edək ki, A. Arestoviç 2019-cu ildə Ukrayan və Rusiya arasında böyük müharibə barədə təxminlər edib. O, müharibənin 2020-2022-ci illərdə baş verəcəyini bildirib. (http://yeniavaz.com/az/news/190270/arestovic-3-il-evvel-muharibenin-nece-olacagini-deqiqlikle-tesvir-edib-video)

Oxşar xəbərlər