Cəmiyyət
11-04-2022, 17:00
7 211
Ermənistanda SORĞUnun ŞOK NƏTİCƏLƏRİ: Daha bir xəyanətkar mövqe
"Bu günlərdə Ermənistanda "Ermənistan yol ayrıcında: oriyentasiya, prioritetlər və xarici siyasət gözləntiləri" mövzusunda sosiloji sorğu keçirilib. Bu, Almaniyanın "Konrad Adenauer" Fondunun maliyyə dəstəyi ilə həyata keçən sosioloji sorğu olub".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
O bildirib ki, 6 aprel tarixində elan olunan nəticələr bir çox sualların yaranmasına səbəb olub və bütün gözləntilərin üstündən xətt çəkib.
"Güman edilirdi ki, Ermənistan Rusiyanın strateji müttəfiqi olduğundan, respondentlərin mütləq əksəriyyəti NATO, Avropa İttifaqı (Aİ), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Rusiya arasında seçim edərkən birmənalı şəkildə Rusiyanın mövqeini dəstəkləyəcək, Rusiyanın yanında olmağı üstün tutacaq. Lakin nəticələr bütün bu gözləntilərin üstündən xətt çəkmiş oldu.
Belə ki, respondentlərin 34.1 faizi qeyd edib ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün NATO-nun üzvü olmalıdır. Öz təhlükəsizliyini KTMT-də görən respondentlərin sayı 29.1 faizdir.
Göründüyü kimi, bugünkü reallıqda erməni əhalisi NATO-ya daha böyük üstünlük verir.
Bəs erməni əhalisinin Avropa İttifaqına və Avrasiya İqdisadi Birliyinə bu sahədə münasibəti necədir?
Əldə edilmiş nəticələr, həqiqətən də, şok effekti yaradıb. Erməni respondentlərinin 46.1 faizi Ermənistanın gələcək taleyini Avropa İttiqfında üzv olmaqda görür, cəmi 28.7 faizi isə Avrasiya İqdisadi Birliyinə etimad etdiyini deyir.
Bütövlükdə isə, respondentlərin 69.7 faizi Rusiya ilə əlaqələrin məhdudlaşdırılmasını istəyir, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsinin lehinə mövqe bildirir.
Rusiyalı ekspertlər artıq bu məsələ ilə bağlı kəskin mövqelərini ifadə ediblər. Kremlə yaxın olan bir çox ekspertlərin mövqeyinə görə, əgər NATO və Avropa İttifaqı Ermənistan üçün bu qədər əziz və qiymətlidirsə, o zaman zəhmət çəksin Rusiya qazını həmin ölkələrin aldığı qiymətə alsın.
Bilirsiniz ki, hazırda avropalılar rus qazının 1000 kub metrinə 1500 dollar vəsait ödəyirlər. Ermənistan isə 1000 kub metr qazı cəmi 145 dollara alır.
Bir sözlə, bütün əldə edilmiş nəticələr onu göstərir ki, Ermənistan ictimaiyyəti, erməni xalqı Rusiyanın Ukrayna ilə müharibədə zəifləməsi reallığından istifadə edib və artıq Qərbə daha çox üz tutmağa başlayır, öz dostunun müttəfiqinə qarşı xəyanətkar mövqedə dayanmaqdadır.
Hesab edirəm ki, Rusiyanın siyasi və hərbi elitası bu reallığı görəndən sonra Ermənistanla münasibətini yenidən qiymətləndirəcək. Həmin zaman sözügedən məqamlar onlar üçün çox əhəmiyyətli məna kəsb edəcək".