Cəmiyyət
13-04-2022, 11:23
1 609
Nazirlik işçisindən şok əməl
Əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sahəsinin mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə və dələduzluq hallarına qarşı hüquq-mühafizə orqanları tərəfindən məqsədyönlü tədbirlərin görülməsi ölkəmizdə daim davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının qanunsuz əməlləri barədə dəfələrlə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir çox məsul vəzifəli şəxslər həbs olunub. Bu proses yenə də davam etməkdədir.
Amma reallıqda görünən odur ki, bu gün də həmin həbslərdən dərs çıxarmayan məmurlar var. Nazirlikdə şöbə müdiri kimi məsul vəzifə daşıyan Səbuhi Əliyev adlı şəxs də belələrindəndir. Aktualxeber.az-a müraciət edən Xəyal Quliyev adlı vətəndaş iddia edir ki, S.Əliyev onun etibarından sui-istifadə edərək 50.000 manat pulunu mənimsəmişdir. Uzun müddət keçəndən sonra bu puldan 14.000 manatını qaytaran məmur yerdə qalan vəsaiti mənimsəmək fikrindədir. Vətəndaşı müxtəlif bəhanələrlə aldadan S.Əliyevin aqibəti də deyəsən tutulan həmkarları kimi olacaqdır. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaq və vətəndaşa dəyən ziyanın ödənilməsi də təmin ediləcəkdir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. /Aktualxeber/