Cəmiyyət
13-04-2022, 11:28
1 630
Bakıda tibb bacısından şok əməl
Xatırladaq ki, ötən ilin iyul ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirərək Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilən maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirmişdi. Həmin vaxt Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Hüseyn Ağayevin vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilərək cinayət başında yaxalanmışdılar.
Amma deyəsən DTX tərəfindən həyata keçirilən bu əməliyyat bəzilərinə hələ də dərs olmayıb. Aktualxeber.az-a daxil olan məlumata görə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın nevrologiya şöbəsində tibb bacısı işləyən Məmmədova Samirə Famil qızı Tovuzda yerləşən N saylı hərbi hissədə qulluq edən 3 nəfər MAXE-dən üst-üstə 24.000 manat rüşvət alaraq onların təqaüdə çıxmalarına kömək edəcəyini vəd etmişdir. Tibb bacısı bu pulu güya general Elxan İbrahimova verdiyini iddia edir. Üstündən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq S.Məmmədova həmin şəxslərin nə işini görmüşdür, nə də pullarını qaytarmışdır. Hər dəfə müxtəlif bəhanələr gətirərək yalan vədlər vermişdir. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görərək günahkarları cəzalandıracaq və hərbçilərə dəyən maddi ziyan da ödənəcəkdir.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.