Övladlığa uşaq götürən məşhurlarımız
16-09-2020, 21:37
300

Övladlığa uşaq götürən məşhurlarımız

Bir çox xarici məşhurlar çətin həyat şəraiti olan körpələri övladlığa götürərək onlara daha yaxşı həyat verməyə çalışır. Buna Ancelina Coli, Madonna, Nikol Kidman kimi dünya ulduzlarını misal göstərmək olar.
Azərbaycanda da ailə qurmayan, ailə qurub övladı olmayan və oğul-qız sahibi olsa da, övladlığa uşaq götürən tanınmışlar var.
Yenisabah.az bu mövzuyla bağlı araşdırmanı təqdim edir:
Xərçəngə tutulduğu deyilən Xalq artisti Nisə Qasımova heç vaxt ailə qurmayıb. Qardaşı cavan rəhmətə getdiyindən Nisə xanım onun oğlu Fətullanı iki yaşından övladlığa götürüb.
Xalq artisti Flora Kərimovanın Zümrüd Şəfiyeva adlı qızı və övladlığa götürdüyü Oqtay adlı bir oğlu var.
Xalq artisti Firəngiz Mütəllimova ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə ailə quran aktrisa bu evliliyə öz istəyi ilə son qoyub, onların övladları olmayıb. Onun sosial şəbəkələrdə “qızım” deyə təqdim etdiyi gənc xanım isə Gülarə adlı bacısı qızıdır. “Gülarə bacımın qızıdır. Amma həmişə deyirəm ki, mənim övladımdır. Onun balam kimi çox istəyirəm. Ona görə də həmişə öz qızım kimi təqdim edirəm” – deyə sənətçi açıqlamalarının birində bildirib.
Müğənni Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Övladlığa götürdüyü böyük qızı Natəvan 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar.
Müğənni Mənzurə Musayeva ailə həyatı qursa da, övladı olmayıb. O, qardaşı qızını övladlığa götürüb.
Müğənni Fədayə Laçın da övladlığa uşaq götürən məşhurlar arasındadır. Bu haqda sənətçi illər əvvəl verilişlərin birində məlumat vermişdi: “Adı Ayxandır, 21 yaşı var. İnsan yaxşılıq edəndə istəməz ki, dilə gətirsin. Amma bu söhbət artıq açılıb. Son vaxtlar deyirəm, iki övladım var. Onun valideynləri qohumlardandır. Ayxan 3 yaşından oğlumla dostluq edib. Valideynləri Ayxan 6-cı sinifdə oxuyanda dünyasını dəyişiblər. Ondan sonra mən onu himayəmə almışam. Amma sənədləşdirməmişəm, sənədsiz olsa belə oğlumun qardaşıdır. Uşağın bibisi, xalası var. Amma deyir ki, anamın qoxusunu səndən alıram”.
Müğənni Niyam Salaminin 43 yaşı var. Niyam bir dəfə ailə qursa da, övladı yoxdur. O, qardaşı oğlu və bacısı qızını övladlığa götürdüyünü deyib: “Babamın adını daşıyan qardaşım oğlu ilə, bacım qızını övladlığa götürmüşəm. Bacı-qardaşlarımdan icazə almışam onları götürüb saxlayıram. Mənim üçün fərqi yoxdur ya öz övladlarım, ya qardaş-bacımın. Universitetlərinə kimi oxutdurub, evləndirib evimdə saxlayacam”.

Oxşar xəbərlər