Son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlandı
13-04-2022, 16:46
6 980

Son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 233 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 582, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 677, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 498, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 476 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 567 201, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 332 288, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 834 400, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 165 753, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 234 760 nəfər təşkil edir.
  • Son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlandı

Oxşar xəbərlər