"UniBank" müştərisnin kartından PUL OĞURLAYIR - ETİRAZ
15-04-2022, 10:50
1 249

"UniBank" müştərisnin kartından PUL OĞURLAYIR - ETİRAZ

"Hörmətli "Unibank"! Pula ehtiyacınız varsa, hansısa əməkdaşınız mədəni formada zəng edib, dərdinizi izah etsin!" DİA.AZ bildirir ki, bu ironik müraciət "Müştəriyəm Şikayətim Var" sosial qrupunda paylaşım edən Kamil Bəhramzadəyə aiddir.


Narazı vətəndaş yazır: "Pula ehtiyacınız varsa, hansısa əməkdaşınız mədəni formada zəng edib, dərdinizi izah etsin!

Belə oğurluq etməyə nə ehtiyac var ki?! Kartımdan pulu silib, "-40" etmək nə deməkdir axı?!"

Oxşar xəbərlər