Cəmiyyət
18-04-2022, 12:53
1 764
Erməni parlamentinə təkliflə müraciət etmək istəyən Fazil Mustafaya partiya liderlərindən CAVAB - “Hakimiyyətə maneçilik törətmək lazım deyil”
“Erməni parlamenti ilə iş görmək üçün Milli Məclisdə komissiyası yaradılmalıdır. Ermənistan hökümətinə təklifləri biz verməliyik. Yalnız hakimiyyət səviyəssində yox. Bu tarixi zamanda Ermənistan tərəfi ilə işləməyi bacarmalıyıq”.
Ednews xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin keçirilən sonuncu plenar iclası zamanı deyib. Onun sözlərinə görə, bu işdə Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatları və media qurumları da sülhün və qarşılıqlı etimadın bərqərar olunmasında öz töhvələrini verməlidir.
Deputatın bu təklifi cəmiyyət arasında birmənalı qarşılanmasa da, bu haqda müsbət rəylər çoxluq təşkil edib.
Bəs, görəsən ölkənin ictimai siyasi elitasında rol oynayan digər siyasətçilər bu haqda nə düşünür?
Müsavat partiyasının sədri Arif Hacılı Ednews-a açıqlamasında sülhlə bağlı irəli sürülən bütün təşəbbüsləri dəstəklədiyini bildirib.
“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsi və sülh müqaviləsinin bağlanması üçün müvafiq şərait yaranıb. Bu şəraitdən mütləq istifadə etmək lazımdır. Münaqişənin Rusiyanın monopoliyasından çıxarılması və iki dövlət arasında bütün problemlərin həllinə istiqamətlənən danışıqların uğurla aparılmasına xalq arasında olan şəxslər də öz töhvələrini verə bilər”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da Azərbaycan və Ermənistan cəmiyyətləri arasında qarşılıqlı etimadın formalaşması üçün hər iki dövlətin vətəndaş cəmiyyətlərinin bir-birilə əməkdaşlıq etməsini önəmli hesab edib.
“Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunu ilə bağlı keçirlən müşavirədə bu məsələyə toxunub. O, qeyd edib ki, Avropa İttifaqının vasitəçiliyi çərçivəsində Azərbaycan və Ermənistanın qeyri-hökumət təşkilatları və ictimai qurumları arasında təmaslar yaranmalıdır. Bu da hər iki xalq arasında etimadın yaranmasına və sülh müqaviləsinin imzalanmasına öz müsbət təsirini göstərə bilər. Bundan əlavə, BMT – nin xalq diplomatiyasını tənzimləyən qətnaməsindən də istifadə edə bilərik”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə fərqli düşünərək xalq diplomatiyasına qarşı çıxdığını bildirib. Maraqlısı budur ki, Avropa, ABŞ və dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən, daha doğrusu siyasi tarixdə rolu olan Sosial Demokrat partiyaların məramnaməsində xalqlararası sülh danışıqları önəmli yer tutur.
“Hakimiyyətə maneçilik törətmək lazım deyil. Bizim hökumət orqanlarımız hansı addımları nə vaxt atmaq lazım olduğunu çox yaxşı bilirlər. Vətəndaş cəmiyyətlərinin sülh məsələlərinə qatılmamasını məsləhət görürəm. Daha çox insanın qarışması fikir ayrılıqlarına gətirib çıxara bilər”.
Solçu həmkarından fərqli olaraq, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov vətəndaş cəmiyyətlərinin sülh prosesinə qatılmasının vacibliyini vurğulayıb.
“Ermənistan və Azərbaycan arasında münaqişə artıq bitib. Eyni coğrafi məkanda yerləşən iki dövlət arasında münasibətlər yenidən formalaşmalıdır. Regionda kommunikasiyaların açılması ilə yanaşı azərbaycan və erməni xalqları arasında etimad münasibətlərinin qurulması üçün lazimi tədbirlər görülməlidir. Bu məsələdə Fazil Mustafaya haqq qazandıran bir şəxs kimi Azərbaycan və Ermənistan parlamentinin üzvləri arasında əlaqələrin və təmasların qurulmasının tərəfdarıyam. Eyni zamanda vətəndaş cəmiyyətləri də sülh quruculuğunda vacib addımlar atmalıdır.
Onu da əlavə edim ki, Azərbaycan Kommunist Partiyası olaraq Ermənistan kommunistləri ilə bərabər bu xalqın yenidən birgə yaşayına dəstək göstərə bilərək. Biz kommunistlər sülh prosesində məhsuldar işlər görmək iqtidarındayıq”.
Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov Azərbaycan və Ermənistan parlamentariləri arasında qarşılıqlı təmasların qurulmasının sülh prosesini daha da sürətləndirə biləcəyini qeyd edib.
“Rusiyanın vasitçəliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanatlar, Avropa İttifaqının vasitəçiliyi ilə Brüssel görüşlərində əldə olunan razılaşmalara əsasən azərbaycan və erməni xalqları arasında qarşılıqlı etimad, etibar və inamın yaranması üçün ciddi və lazimi tədbirlər aparılır. Etimad mühiti olmadan sülh prosesi üçün atılan bütün addımlar mənasız və əhəmiyyətsiz olar. Bu iki xalqın bir-birinə qarşı etibar eləməsi və inanması üçün ilkin olaraq xalq diplomatiyası olmalıdır. Bu diplomatiyada vətəndaş cəmiyyətlərinin iştirakı vacibdir. Belə olan şəraitdə sülh danışıqları prosesində daha məhsul nəticələr görəcəyik”.