Deputat: “Operativ Qərargahdan xoş xəbərlər veriləcək” - Video
20-04-2022, 18:37
8 353

Deputat: “Operativ Qərargahdan xoş xəbərlər veriləcək” - Video

Mayın 1-dən Azərbaycanda maska rejiminin ləğv edilməsi ilə bağlı qərar veriləcəyi ehtimal olunur.
Bununla bağlı aprelin sonlarında Operativ Qərargahın iclasının keçiriləcəyi də bildirilir. 
Millət vəkilləri qərarın hazırlanması ilə bağlı müzakirələrin aparıldığını mətbuata açıqlayıb.
“Son statistika da göstərir ki, artıq koronavirusdan tamamilə uzaqlaşmışıq. Əminəm ki, Operativ Qərargahın növbəti brifinqində ictimaiyyət üçün daha xoş xəbərlər veriləcək”, - deyə Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib. 
Paytaxt sakinləri isə yoluxmanın və ölüm hallarının kəskin azalmasına görə artıq tibbi maskaya ehtiyac olmadığını düşünür. Onu da bildirək ki, Çinin səlahiyyətli orqanları 25 milyon əhalisi olan Şanxayda COVID-19 virusunun yeni dalğasının yayılmasından sonra şəhərdə karantin müddətinin uzadılması barədə qərar qəbul edib. Lakin mütəxəssislər hesab edirlər ki, Çində yaranan bu vəziyyət yeni qapanmaya səbəb olmayacaq. Çünki artıq insanlarda bu virusa qarşı immunitet yaranıb.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Oxşar xəbərlər