Cəmiyyət
21-04-2022, 16:30
6 984
“Rusiya, Fransa və ABŞ-ın xüsusi nümayəndələrinin təklifləri bu istiqamətdədirsə...” - Millət vəkili
“ATƏT-in Minsk qrupunun 1992-ci ilin mart ayının 24-də yaradılması bəyan edilib. 2022-ci ilin mart ayının 24-də onun 30 yaşı tamam olub. Mənə elə gəlir ki, 31 yaşı olmayacaq. Səbəb onunla bağlıdır ki, ATƏT-in Minsk qrupu üzərinə düşən missiyanı yerinə yetirməyi bacarmadı. Onun fəaliyyətinin gerçək göstəricisini Azərbaycan Prezidenti İlham Əliyev sıfır qiymətə layiq gördü. Bu günləri bir həqiqətdir ki, de-fakto ATƏT-in Minsk qrupu yox idi. Onun hüquqi baxımından mövcudluğu qalırdı. Bu mövcudluğa da həmsədrlərin özü xitam vermiş olublar”.
Bu sözləri Herbiand.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Milli Məclisin deputatı bildirib ki, məlum Ukrayna böhranı fonunda digər iki həmsədr - Fransa və ABŞ Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunun tərkibində qalmaqdan imtina ediblər. Bu əslində ATƏT-in Minsk qrupunun buraxılması anlamına gəlir:
“Sadəcə onun rəsmən elan edilməsi qalıb. Yəqin ki, yaxın zamanlarda bu da elan edilər. İndi bəs onun əvəzində nə formalaşır. Heç nə formalaşmır. Əvəzində Rusiya, ABŞ və Fransa xüsusi nümayəndələr təyin ediblər. Yəni hərə əlahiddə fərdi şəkildə bu prosesdə postmüharibə dövründə həllini gözləyən məsələlərlə bağlı öz iştirakını ortaya qoymaq istəyir. Əslində, Azərbaycan prezidenti cənab İlham Əliyev söyləyib ki, bu münaqişə iki dövlətin arasında olmuş bir münaqişə idi. Buna da son qoyulub və daha münaqişə yoxdur. Qalır indi həllini gözləyən posmüharibə dövrünün məsələləri. Bunu da iki dövlət - Ermənistan və Azərbaycan həll etməlidir. Amma digər üçüncü tərəflər həll olunma prosesinə sözün həqiqi mənasında real töhvə vermək istəyirlərsə buna etiraz etmirik. Bu baxımdan da Rusiya özünün xüsusi nümayəndəsini formalaşdırıb. Xüsusi nümayəndə Ermənistanda oldu və indi Bakıya səfəri gözlənilir. Digər iki dövlətin də analoji addım atması mümkündür və bu istiqamətdə müəyyən proseslər gedib”.
Elman Nəsirov vurğulayıb ki, baş verən hadisələr Ermənistanda çox böyük narahatlıq hissiylə qarşılanıb:
“Çünki Ermənistanın postmüharibə dövründə ən çox qabartdığı iki məsələ var idi - status məsələsi və bu məsələlərin tənzimlənməsiylə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətindən bəhrələnmək. Bu qurum onlara sərf edirdi. Ancaq indi iş elə gətirir ki, status məsələsi gündəmdən çıxıb. Artıq Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları var. Eyni zamanda, Ermənistanı narahat edən odur ki, Brüssel sülh gündəliyində Dağlıq Qarabağ ifadəsi və ATƏT-in Minsk qrupunun adı çəkilmir, münaqişə sözündən istifadə edilmir. Bunların heç biri yoxdur. Postmüharibə dövründə həllini gözləyən məsələlər və Qarabağ inzibati ərazi vahidi var. Bütün bunların hamısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Biz hərbi zəfərə imza atmışıq və indi isə həllini gözləyən məsələlərin siyasi tənzimlənməsini həyata keçiririk. Bu sahədə də diplomatik uğurlara imza atırıq. İndiki reallıq da Azərbaycanı tam təmin edir. Danşıqları da Azərbaycan müəyyən edir və 5 baza prinsiplər əsasında həyata keçirilir. Reallıq və həqiqət budur. Biz həmin həqiqəti müdafiə edirik. Dünya da bu həqiqəti qəbul edir”.
Hər 3 dövlətin ayrı-ayrılıqda nümayəndələrinin olması və görüşlər keçirəcəyi o deməkdir ki, Azərbaycana kifayət qədər təkliflər veriləcək?
Bununla bağlı siyasi elmlər doktoru qeyd edib ki, şərtləri Azərbaycan müəyyən edir və təkliflər verilə bilər. Nümayəndələrin işi də təkliflər verməkdən uzaga gediləsi deyil:
“Əgər həmin təkliflər bizim dövlətin milli maraqlarına uyğun gəlirsə bunu qəbul edirik. Gəlmirsə biz ondan imtina edirik. Təkliflər Azərbaycanın 5 baza prinsipinə uyğunlaşmalıdır, onun fövqündə dayanmamalıdır və həqiqət də budur. Bunu qarşı tərəflər bilməlidir. Məsələn, Azərbaycan istəyir ki, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirsin. Bu təkliflər həmin prosesə töhvə verirsə biz qəbul edirik. Azərbaycan istəyir ki, Ermənistanla nəqliyyat kommunikasiya əlaqələri yaratsın, Zəngəzu dəhlizi işə salınsın. Rusiya, Fransa və ABŞ-ın xüsusi nümayəndələrinin təklifləri bu istiqamətdədirsə və bu işə töhvə verirsə əlbəttə bu qəbul ediləndir. Amma mane olursa, vaxt uzatmaq mənası daşıyırsa təbii ki, onları Azərbaycan qəbul etməyəcək. Azərbaycan prezidentinin çox qətiyyətli və prinsipial mövqeyə malik olduğunu çox gözəl bilirlər. Mənə elə gəlir ki, bunları nəzərə alacaqlar”.