İzzət uşaqlarını efirə çıxarmamağının səbəbini açıqladı - “Göz dəyir“
17-09-2020, 15:10
249

İzzət uşaqlarını efirə çıxarmamağının səbəbini açıqladı - “Göz dəyir“

Müğənni İzzət Bağırov övladlarını efirə çıxarmaqdan qorxduğunu deyib.
ATV telekanalında yayımlanan "Zaurla Günaydın" proqramında qonaq olan İzzət uşaqlarını efirə çıxardandan sonra nəzər dəydiyini deyib:
"Çox aktivdirlər. Bir dəfə efirə gətirdim, heç kimi görmədim. Çox enerjilidilər, fikrim qalır onlarda. Bir də efirə çıxardandan sonra bir həftə xəstə yatırlar: hərarət, qrip, xəstə yatırlar. Göz-nəzər var".
Qeyd edək ki, sənətçinin Əli, əkizləri Rza və Mehdi adlı üç oğlu var.(yenisabah)

Oxşar xəbərlər