Cəmiyyət
23-04-2022, 01:16
8 270
"Həyat yoldaşım mənə cəhənnəm əzabı verirdi" - Şəfiqə Nağıyeva + VİDEO
Tanınmış vəkil Şəfiqə Nağıyeva keçmiş həyat yoldaşından danışıb.
ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan vəkil həyat yoldaşının ona etdiklərini açıqlayıb:
“O, 25 il mənim uşağımı axtarmadı, görmədi. 25 ildən sonra başladı oğlumu axtarmağa, onda Samirə (red-oğlu) dedim ki, o sənin atandır, eybi yoxdur, get görüş.
Samir görüşmək istəmirdi, mən zorla yola saldım. Amma mən ondan aliment almadım. Məhkəmə alimenti kəsmişdi. 3-4 ay aliment verdi, sonra yanına gedəndə orada qızlar dedilər ki, “Vahidin uşağı olub, gətirib hamıya konfet paylayıb”. Hamilə qadına bunu etmək, zülm yox cəhənnəm əzabıdır. İnanırsınız, mən gülə bilmirəm, şəkil çəkdirəndə filan mənə deyirlər gülümsə, amma edə bilmirəm”.
Həmin görüntüləri təqdim edirik: