Azərbaycanda koronavirusdan ölən olmayıb
22-04-2022, 16:36
7 213

Azərbaycanda koronavirusdan ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.
Ölkədə son sutka ərzində 3331, hazırkı dövrədək isə 6 788 729 test aparılıb.
  • Azərbaycanda koronavirusdan ölən olmayıb

Oxşar xəbərlər