Qazilər YAŞAT Fondu qarşısında etiraz edib - VİDEO
25-04-2022, 13:26
2 029

Qazilər YAŞAT Fondu qarşısında etiraz edib - VİDEO

Bir qrup Vətən müharibəsi qazisi YAŞAT Fondu qarşısında etiraz aksiyası keçirib.
"Meydan TV" xəbər verir ki, aksiya iştirakçıları Türkiyədə mülaciə alan qazilərin Azərbaycana göndərilməsinə etiraz etdiklərini bildiriblər.
Aksiyaçılar qeyd edir ki, Türkiyədə olan qazilərin müalicələri yarımçıq saxlanılaraq Azərbaycana göndərilirlər.
Fondun rəsmisi aksiya iştirakçıların suallarını cavablandıraraq bildirib ki, qazilər mütəxəssislərin rəyi əsasında Türkiyəyə müalicəyə göndərilib və onların rəyi əsasında da geri qayıdacaqlar.
Qeyd edək ki, daha əvvəl Türkiyədə müalicə alan qazilərin şikayəti barədə və YAŞAT Fondundan bu şikayətlərə verilən reakisya barədə xəbər vermişik.

Oxşar xəbərlər