XİN rəhbəri: “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” Ətraflı
27-04-2022, 14:09
1 492

XİN rəhbəri: “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” Ətraflı

"Azərbaycan və Gürcüstan arasında münasibətlər qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın XİN rəhbəri İlya Darçiaşvili ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ölkələr bir-birinin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyir: "Diplomatik münasibətlərinin qurulmasından arxada qalan 30 il ərzində Azərbaycan və Gürcüstan arasında 113 saziş imzalanıb, daha 19 sənəd baxılma prosesindədir. Ölkələr, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir və dünya arenasında bir-birini dəstək verir".

Oxşar xəbərlər