Sabah Əfv Komissiyasının növbəti iclası keçiriləcək
28-04-2022, 10:38
1 723

Sabah Əfv Komissiyasının növbəti iclası keçiriləcək

Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Bunu açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın aprelin 26-da keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb.

Oxşar xəbərlər