Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü "TikTok"da paylaşdı - Polis hərəkətə keçdi - VİDEO
28-04-2022, 12:05
2 400

Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü "TikTok"da paylaşdı - Polis hərəkətə keçdi - VİDEO

Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.

Baku.ws xəbər verir ki, "TikTok"da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.

Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.

Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz "TikTok" səhifəsində paylaşılıb və bir müddət sonra silinib.



Oxşar xəbərlər