Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama
28-04-2022, 13:38
33 783

Uşaqlar arasında mənşəyi məlum olmayan hepatit aşkarlanıb? - Nazirdən açıqlama

Səhiyyə naziri Teymur Musayev dünyada uşaqlar arasında mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.
Nazir hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını deyib:
“Bununla bağlı ölkəmizdə narahatlığa səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”.

Oxşar xəbərlər