Tələbələrə əxlaqsız təklif etdiyi deyilən universitet müəllimi DANIŞDI - VİDEO (YENİLƏNİB)
3-05-2022, 12:42
2 340

Tələbələrə əxlaqsız təklif etdiyi deyilən universitet müəllimi DANIŞDI - VİDEO (YENİLƏNİB)

Tələbələrə əxlaqsız təklif etdiyi iddia edilən Lənkəran Dövlət Univesitetinin müəllimi Elşad Rəhimov Space TV-də yayımlanan "Gəl, danış" verilişi ilə əlaqə saxlayaraq iddialara cavab verib.
E.Rəhimov viodeonun montaj olduğunu bildirib:
"Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Belə düşünürəm ki, bu, həmin zəngin videolarıdır. Bu videolarla mənə şər atmaq istəyirlər".
***
11:56
Daxili İşlər Nazirliyi (DİN) universitet müəlliminin tələbələrə əxlaqsız təklif etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar:
"Məsələ Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaqdır", - deyə o əlavə edib.

***
11:40
Lənkəran Dövlət Universitetinin müəllimi tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif edib.
Bununla bağlı jurnalist Amil Xəlili sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, həmin universitetin müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib. 
Qeyd edilib ki, bir neçə tələbə qız buna razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi də iddia olunur.


Oxşar xəbərlər