Vahid Ələkbərov 3 milyard İTİRDİ
3-05-2022, 13:19
8 012

Vahid Ələkbərov 3 milyard İTİRDİ

Rusiyanın ən varlı sahibkarları ilin əvvəlindən 45,484 milyard dollar itiriblər. Ən çox itki isə “Novatek” və “Sibur”un ortaq sahibi Gennadi Timçenkoda olub. Onun sərvəti təxminən 7 milyard dollar azalıb.
 
Lent.az “Bloomberg Billionaires Index”də (BBI) istinadən xəbər verir ki, hazırda biznesmen 15,5 milyard dollara sahibdir.
 
Reytinqdə dünyanın 500 ən varlı adamı yer alıb, onlardan 23-ü Rusiya vətəndaşıdır və 328,04 milyard dollara sahibdirlər.

Rus iş adamları arasında birinci yeri “Norilsk Nikel”in əsas sahiblərindən biri olan Vladimir Potanin tutur, onun sərvəti 31,5 milyard dollar qiymətləndirilir. Potaninin sərvəti ilin əvvəlindən 645 milyon dollar artıb.
 
“Novatek”in ortaq sahibi Leonid Mixelson 6,48 milyard dollar itirib və hazırda 26 milyard dollara sahibdir.

Oxşar xəbərlər