Aktrisa Fidan Axundoavaya şərt qoydular: “Ya televiziya, ya da teatr” - VİDEO
3-05-2022, 21:18
7 547

Aktrisa Fidan Axundoavaya şərt qoydular: “Ya televiziya, ya da teatr” - VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Fidan Axundova olub.
Aktrisa xalq artisinin ona qoyduğu şərtdən danışdı:
"1998-ci ildən "Akademik Milli Dram Teatrı"nda aktrisa kimi çalışırdım. Tələbəydim, 1-ci kursdan ştatda idim. Teatrın direktoru Həsən Turabov səhhətinə görə teatrdan getməli oldu. Qayda-qanunlar dəyişdi. Yeni gələn direktor efirdə olmağa icazə vermirdi. Azər Paşa Nematovun "Hamlet" tamaşasında mənim çıxışım var idi. Tamaşa Türkiyəyə qastrol səfərinə gedəsi oldu. Düşündüm ki, hər gün canlı səhər efiri aparıram, necə 1 həftə teatrla gedə bilərəm ki? Direktora yaxınlaşıb dedim ki, qastrola getsəm efirdən uzaqlaşdıra bilərlər. Mənim yerimə kurs yoldaşımı aparmağını təklif etdim. Ancaq "O mənə ulduz olmusan, teatrı unutmusan, efir sənin başını gicəlləndirib" dedi. Teatrı çox sevirdim, tam iplər qırılmasın deyə yardımçı heyətə keçdim. Şərt qoydu ki, ya efir, ya da teatr. Sonra gördüm ki, yardımçı heyətdə də vəziyyət eynidir. Məcbur qalıb ərizə yazdım. Teatrdan uzaqlaşdım. O insan Azərbaycanın xalq artisti Əliabbas Qədirov idi".

Oxşar xəbərlər