İntihar edən qızı xilas etməyə çalışan şəxsin vəziyyəti açıqlandı
4-05-2022, 11:42
1 462

İntihar edən qızı xilas etməyə çalışan şəxsin vəziyyəti açıqlandı

Ötən gün Xətai rayonunda intihar edən 17 yaşlı Xumar Babayevanı xilas etməyə çalışan Zahid Niyazov hadisə zamanı xəsarət alıb.
TƏBİB-dən verilən məlumata görə, Z.Niyazovun vəziyyəti stabildir: “Z.Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb”.
Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Oxşar xəbərlər