Ucarda acınacaqlı vəziyyət: sakinlər məcburiyyətdən kanalizasiya suyundan istifadə edirlər - VİDEO
4-05-2022, 15:02
7 248

Ucarda acınacaqlı vəziyyət: sakinlər məcburiyyətdən kanalizasiya suyundan istifadə edirlər - VİDEO

Ucar rayonunun Lək kəndinın sakinləri aylardır susuzluqdan əziyyət çəkir. Bu səbəbədən də kəndin yaxınlığından keçən pis qoxulu sudan istifadə edirlər.
Xəzər TV xəbər verir ki, sakinlər deyirlər ki, kənd ərazisindən keçən və hazırda istifadə etdikləri su çox pis vəziyyətdədir.
Sakinlərin dediyinə görə, o qədər zəhərlidir ki, hətta suda olan bütün canlılar məhv olub.
Məsələ ilə bağlı Ucar suvarma sitemləri idarəsində olduq. İdarənin əməkdaşı Asif Orucov "Xəzər Xəbər"ə bildirdilər ki, kənd sakinləri çirkab su axan kanalın suyundan istifadə etməsinlər. Çünkü ora kanalizasiya suları axıdılır. İdarədən o da deyildi ki, yaxın günlərdə kəndə suvarma suyu veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Oxşar xəbərlər