"Bakı Zooparkı"nda heyvanlara kəsmik, makaron, marmelad verilir... - Tam siyahı
5-05-2022, 13:04
1 763

"Bakı Zooparkı"nda heyvanlara kəsmik, makaron, marmelad verilir... - Tam siyahı

Bakı şəhər Heyvanat Parkında ("Bakı Zooparkı") saxlanılan heyvanları yemləmək üçün 240 min manat 67 qəpik vəsait xərclənəcək.
Yeniavaz.com
xəbər verir ki, bu vəsait "Bakı Zooparkı"nın elan etdiyi tenderin (Açıq tender) qalibi olan “Medifarma” MMC  (VÖEN-2001150911) ödəniləcək.
Məlumat üçün bildirək ki, “Medifarma” MMC  30.01.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Seyid Əzim Şirvani ev 1, m. 74-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Əşrəf Faik oğludur.
“Medifarma” MMC  "Bakı Zooparkı"ndan aldığı 240 min manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:
 Məhsulun adıMiqdarı
1Alma18 180 kq
2Armud720 kq
3Kök27 540 kq
4Pomidor360 kq
5Kələm12 300 kq
6Çuğundur8 040 kq
7Balqabaq3 600 kq
8Qarpız2 400 kq
9Kartof18 000 kq
10Peçenya (sport)1 200 kq
11Marmelad180 kq
12Povidlo360 kq
13Süd1 104 kq
14Kahı6 960 kq
15Banan840 kq
16Göyərti-keşniş4 380 ədəd
17Göyərti-şüyüd4 380 ədəd
18Göyərti-cəfəri4 380 ədəd
19Yumurta25 560 ədəd
20Bildirçin yumurtası1 800 ədəd
21Baş soğan (ağ)360 kq
22Çörək12 180 ədəd
23Qoz (qabıqlı)300 kq
24Araxis (qabıqlı)180 kq
25Portağal276 kq
26Xiyar1920 kq
27Yoqurt660 ədəd
28Bibər (şirin)240 kq
29Kəsmik744 kq
30Düyü1 200 kq
31Qarabaşaq1 200 kq
32Makaron600 kq
33Duru yağ (bitki yağı)144 litr
34Baş sarımsaq60 kq
35Meyvə qurusu – sarı kişmiş1 200 kq
36Arpa12 000 kq
37Buğda6 000 kq
38Kəpək19 160 kq
39Qarğıdalı1 296 kq
40Yonca, kip14 400 ədəd
41Arpa yarması24 000 kq
42Vələmir6 000 kq
43Darı1 200 kq
44Günəbaxan tumu600 kq
45Kombikorm (toyuqlar üçün)3 600 kq
46Kombikorm (böyükbaş heyvanlar üçün)4 800 kq

Oxşar xəbərlər