Müğənni Aslanın yoxluğu ilə barışmayan Dadaşova: "Atam yox, sən yox..." - VİDEO
5-05-2022, 13:47
1 768

Müğənni Aslanın yoxluğu ilə barışmayan Dadaşova: "Atam yox, sən yox..." - VİDEO

Mərhum müğənni Aslan Hüseynovun ölümündən bir il ötür.
Sənətçi ötən il Bakı-Qazax yolunun 60-cı km-də avtomobil qəzasında dünyasını dəyişib. 
Aslanla bağlı həmkarı Səidə Dadaşova sosial şəbəkədə paylaşım edib. O, şəxsi instaqram hesabında Aslanla verilişlərdən birində olan görüntülərini yayımlayaraq bu sözləri əlavə edib: 
"Çagırıram, bağırıram, niyə gəlmirsən Aslanım? Niyə? Kimə deyim, canımdan can alıb getdiniz. Atam yox, sən yox, siz məni eşidirsiniz?".
Qeyd edək ki, bir müddət əvvəl Səidə mərhum ifaçı Aslan Hüseynovun mahnılarını oxuyan sənət adamlarına qadağa qoyduğunu deyib. Dadaşova bu barədə ATV-də yayımlanan “7 Canlı” verilişində qonaq olarkən danışıb:
“Aslan olmasa da onun ailəsinə zəng edirəm. Çox insanlara imkan verməyəcəm onun mahnılarını oxumağa. Yalandan sağlığında dostunam, “mənəm-mənəm” deyənləri yoxluğunda gördüm. Əgər nəsə istəyirsinizsə, bunu fikrinizdən çıxarın”.

 

Oxşar xəbərlər