Çox yaşamaq üçün nə etməli? - 102 yaşlı qadından açıqlama
5-05-2022, 17:19
7 127

Çox yaşamaq üçün nə etməli? - 102 yaşlı qadından açıqlama

102 yaşını qeyd edən amerikalı Ester Heylinq uzunömürlülüyünün sirrini açıqlayıb.
Xarici KİV xəbər verir ki, 1920-ci ildə anadan olan qadının iki oğlu, dörd nəvəsi və dörd nəticəsi var.
O, heç vaxt bu qədər yaşayacağını düşünmədiyini etiraf edib və uzunömürlülüyünün sirrini ilk növbədə Allaha inanması, ikincisi isə evdə yemək yeməsində görür.
Ester Heylinq deyib ki, o, “fast food” və digər zərərli qidalar yeməyib.
Yemək bişirməyi sevir və yeməyini özü hazırlayır. Hətta Ester Heilink 102-ci ad günü üçün özünə tort da bişirib.
 

Oxşar xəbərlər