Sahil Babayevin MƏHKUM QURBANI... - GİLEY
6-05-2022, 10:38
1 716

Sahil Babayevin MƏHKUM QURBANI... - GİLEY

Məhkum əlilliyinin təyin olunmamasından şikayətçidir. DİA.AZ bildirir ki, bu barədə, Ədliyyə Nazirliyinin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məkhkum Əli Səmədov “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib.

Əli Səmədov şikayətində yazır ki, hazırda Mualicə Müəssisəsində müalicə olunur. O, iddia edir ki, xəstəliyinin ağır olmasına baxmayaraq, ikinci qrup əlilliyinin birinci qrupa dəyişilməsini təmin edə bilmir.

“2017 – ci ildən ağır xəstəyəm, 2019-cu ildən isə ikinci qrup əlillik təyin olunub. Azərbaycanda mənim xəstəliyindən əllə sayılacaq qədərdir, hamısına da birinci qrup əlillik təyin olunub. Xəstəliyim Rəna Şirəliyeva ve Nevroloji Klinikanın baş həkimi, professor Rövşən Həsənov tərəfindən təsdiq edilib. Xəstəlik bədənimin 89%-ni əhatə edib, ancaq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agendliyinin sədr müavini Mətanət Məmmədova ikinci qrup əlilliyin birinci qrupa dəyişilməsindən imtina edir”.

Şikayətçinin iddiasına görə, onun kimi əlilliyi olan digər məhkumlar da, eyni problemlə üzləşiblər.

“Məhkumlar 5 illik əlillik müddəti başa çatdıqdan sonra Pendensiar xidmətin Müalicə Müəssisəsində müayinələrdən keçilir. Daha sonra xəstəliklərini təsdiq edən sənədlər elektron qaydada Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. Ancaq Agentliyin idarə heyətinin sədr müavini Mətanət Məmmədovanın imzası ilə bütün məhkumlara eyni cavablar göndərilir: “Mualicəyə ehtiyac var və yaxud Müalicə Müəssisəsi tərəfindən vətəndaşların xəstəlikləri elektron portalda natamam doldurulub”. Mən bu sahədə işləyən insanlara sual vermək istəyirəm, sizcə kəsilmiş ayaq yenidən bərpa oluna bilərmi? Yaxud, böyrəkləri işləməyən bir vətəndaşın, yəni, bir dialez xəstəsinin böyrəkləri yeniden işləyə bilərmi?”

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib.

Oxşar xəbərlər