DİN və Penitensiar Xidmət birgə ƏMƏLİYYAT KEÇİRDİ
6-05-2022, 12:01
1 957

DİN və Penitensiar Xidmət birgə ƏMƏLİYYAT KEÇİRDİ

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.
Bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər