"Biz tam qələbəyə qədər mübarizə aparacağıq" - Baş nazir
6-05-2022, 16:56
7 039

"Biz tam qələbəyə qədər mübarizə aparacağıq" - Baş nazir

"Ukraynalı tərəfdaşların kəşfiyyat xidmətlərinin məlumatına görə, Rusiya mayın 9-da Ukraynaya tamhüquqlu müharibə elan etmək niyyətindədir. Məlumat təsdiqlənərsə, Ukrayna işğalçı ölkə ilə tam qələbəyə qədər mübarizə aparacaq".
Bunu Ukraynanın Baş naziri Denis Şmıxal deyib.
"Biz başa düşürük ki, belə söhbətlər var, partnyor kəşfiyyat xidmətləri ilə imkanlar müzakirə olunur. Bu baş verəcəkmi? Biz görəcəyik. Amma baş verərsə, bu, Rusiya Federasiyasının sivil demokratik dövlətə müharibə elan etməsinin növbəti təsdiqi olacaq. Ukrayna öz azadlığını müdafiə edəcək, biz işğalçı və təcavüzkar üzərində tam qələbəyə qədər mübarizə aparacağıq", - Baş nazir bildirib.
Qeyd edək ki, ekspertlər qələbələrin olmaması səbəbindən Rusiyanın Ukraynaya rəsmən müharibə elan edə biləcəyini dəfələrlə bəyan ediblər. 

Oxşar xəbərlər