"Kapital Bank"ın müştəriyə `ERROR` TƏLƏSİ - "Elə günü sabah gəlib..."
7-05-2022, 10:32
9 408

"Kapital Bank"ın müştəriyə `ERROR` TƏLƏSİ - "Elə günü sabah gəlib..."

"Şikayətim "Kapital Bank"dandır. Hər ayın 1-dən 10-na qədər BirKartın ödəniş vaxtıdır. Artıq bununla neçəncir dəfədir ki, "pay.kapitalbank.az" saytından ödənişdə problem yaşayıram". DİA.AZ xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fərid Zeynallı adlı istifadəçi qeyd edir.


Daha sonra narazı vətəndaş bildirir: "Və "təsadüfən" bu problem ödəniş zamanına tuş gəlir. Ayın 11-30 arası ödəniş edən zaman heç vaxt bu problemi görməmişəm. Artıq bir neçə aydır ki bu problemi yaşayıram. Təsəvvür edin ödənişi edə bilmək üçün 4-5 gün dalbadal, gündə 2-3 dəfə müxtəlif vaxtlarda cəhdlər edirəm (hər dəfə digər kartın 16 rəqəmini yazıram, SMS gəlməsini gözləyirəm, SMS daxil edirəm). Vaxtım gedir axı... Sondada "Error" yazılır".


Dia.az-ın məlumatına görə, şikayətçi bütün bu baş verənlərin səbəbini də izahlayır: ""Kapital Bank", qəsdən edirisiniz ki adımıza gecikmə düşsün, başqa banklar kredit verməsin... yenə də nə zamansa məcbur qalanda gəlib sizdən götürək krediti? Elə günü sabah gəlib xidmətinizdən imtina edirəm".

Oxşar xəbərlər