Bakıda vəzifəli şəxsin prokuror atası vəfat etdi
7-05-2022, 14:33
26 847

Bakıda vəzifəli şəxsin prokuror atası vəfat etdi

Prokurorluq orqanlarının veteranı, uzun illər Baş Prokurorluqda və digər idarələrdə rəhbər vəzifələrdə çalışmış Oktay Qasımov dünyasını dəyişib.
O, xəstəlik səbəbindən vəfat edib.
Baş Prokurorluq O.Qasımovun vəfatı ilə bağlı başsağlığı mesajı yayıb.
Qeyd edək ki, Oktay Qasımov "Bakı Abadlıq Xidmətləri" MMC-nin baş direktoru Binnət Əli Qasımovun atasıdır.

Oxşar xəbərlər