Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
10-05-2022, 14:06
2 006

Prezident bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi qanunu təsdiqləyib.
Sənədə əsasən, “Sərhəd mühafizə orqanları haqqında” qanuna aşağıdakı dəyişikliklər olunub:
1-ci maddənin birinci cümləsinə “çevik hərəkət qüvvələrindən,” sözlərindən sonra “xüsusi hava əməliyyatları qüvvələrindən,” sözləri əlavə edilib;
24-cü maddənin birinci hissəsində “aviasiya hissəsinin” sözləri “xüsusi hava əməliyyatları qüvvələrinin və hərbi aviasiya hissələrinin” sözləri ilə əvəz edilib.

Oxşar xəbərlər