Xankəndidə atışma: general dörd nəfərə ATƏŞ AÇDI
11-05-2022, 10:10
1 721

Xankəndidə atışma: general dörd nəfərə ATƏŞ AÇDI

Xankəndidə separatçılar arasında atışma olub.
Bakitv.az konkret.az-a istinadən xəbər verir ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşdirildiyi müvəqqəti məsuliyyət zonasında atışma olub.
General Samvel Karapetyan (Oqanovski) Xankəndinin mərkəzi meydanında dörd gəncə atəş açıb.
Hadisə bu gün yerli vaxtla saat 19:10-da baş verib. Hadisə yerinə baxış keçirilir. Təfərrüatlar araşdırılır.
Hələlik itkilər barədə məlumat verilmir.
Xatırladaq ki, Oqanovski 2008-ci il martın 1-də İrəvanın mərkəzində insanların güllələnməsi əməliyyatına da rəhbərlik edib.

Oxşar xəbərlər