Vətən müharibəsi qazisi leykozdan əziyyət çəkir - FOTO
11-05-2022, 13:05
2 204

Vətən müharibəsi qazisi leykozdan əziyyət çəkir - FOTO

Vətən müharibəsi qazisi leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun ailəsi məlumat verib.
Qeyd edib ki, xəstəlik Səmədov Elnur Qalib oğlunda bu ilin yanvar ayında aşkar edilib:
“Elnur 2002-ci ildə Bakıda doğulub. 2020-ci ildə Vətən müharibəsində iştirak edib və Qubadlı rayonu istiqamətində ayağından yaralanıb. İndi onun xalqın dəstəyinə ehtiyacı var. Biz Türkiyəyə müalicə üçün getməliyik. Buna görə də 100 min dollar məbləğində pula ehtiyacımız var. İmkanlı şəxslərdən bizə kömək göstərmələrini xahiş edirik”.






Oxşar xəbərlər